
AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov, YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü il dönümünə həsr olunmuş “Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli, ən qanlı faciəsidir” adlı tədbirdə iştirak edib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Xocalı Şəhid Ailələri Cəmiyyətinin sədri, Xocalı şəhidi Şöhrət Həsənovun həyat yoldaşı, Xocalı soyqırımının canlı şahidi Mehriban Əliyeva, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailə üzvləri, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Respublikamızın suverenliyi, ərazi bötövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xocalı soyqırımının 33-cü il dönümünə həsr olunmuş videoçarx nümayiş olunub. Çıxış edənlər Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciəti diqqət çəkmişdir. 1994-cü il 24 fevralda isə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi əhəmiyyəti haqqında fikirlər söylənilmişdir. Natiqlər qeyd etdilər ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha bütün dünyaya nümayiş etdirir. Çıxış edən Xocalı Şəhid Ailələri Cəmiyyətinin sədri, Xocalı şəhidi Şöhrət Həsənovun həyat yoldaşı, Xocalı soyqırımının canlı şahidi Mehriban Əliyeva Xocalı hadisələri ilə bağlı acı xatirələrindən bəhs edib. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Çıxışda hər zaman şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub. Tədbirə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının təqdimatında bədii hissə ilə yekun vurulub. Sonda xatirə şəkli çəkdirilib.