Xəbərlər
26.02.2025 - 14:00
AMEA-NIN KOLLEKTİVİ XOCALI SOYQIRIMI ABİDƏSİNİ ZİYARƏT EDİB

   Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən elmi müəssisə və təşkilatların nümayəndələri, gənc alimləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

  Elmi ictimaiyyətin nümayəndələri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.