Əziz həmvətənlər,
Xalqımızın milli kimliyinin, zəngin mədəni irsinin və bəşəri dəyərlərinin simvolu olan Novruz bayramı bu il də böyük qürur və fəxarətlə qeyd edilir. Azərbaycan xalqı, o cümlədən elm və ziyalılar ordusu, bu baharı qalib ölkənin vətəndaşları kimi, tarixi Zəfərin şərəfi ilə qarşılayırlar.
Azərbaycan Milli Elmlər Akademiyası olaraq biz də bu çağırışa qoşularaq ölkəmizin elmi potensialını yeni hədəflər istiqamətində səfərbər edir, dövlətçiliyimizin inkişafına töhfə verməyə davam edirik. Son illərdə Akademiyada həyata keçirilən islahatlar və elmi fəaliyyətin müasir çağırışlara uyğun qurulması da məhz bu məqsədə xidmət edir.
Bu gözəl bayram münasibətilə AMEA Azad Həmkarlar İttifaqı bütün elm və akademiya ictimaiyyətini, xalqımızı səmimi qəlbdən təbrik edir, hər kəsə sağlamlıq, ruzi-bərəkət, evlərinizə sevinc, ölkəmizə sülh və əmin-amanlıq arzulayır!
Novruz Bayramınız Mübarək!

1545120462.jpg)



