AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d, dosent Sənan Həsənov Yeni Azərbaycan Partiyasının üzvü, ictimai fəal, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin tələbəsi Sənan Hüseynovla görüşüb.
Görüş AMEA AHİ-nin Rəyasət Heyətində baş tutub. Sənan Həsənov, gənc fəalın ictimai və elmi sahədə uğurlu fəaliyyətinin aspektlərinə toxunub və bu fəaliyyətin gənclərə örnək olduğunu vurğulayıb, Sənan Hüseynovu həm də Nəsimi Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən İctimai Şuraya sədr müavini seçilməsi münasibəti ilə təbrik edib. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi ilə bağlı apardığı tədqiqatlara dair geniş fikir mübadiləsi aparılıb. Tövsiyələrini verib. Bu sahədə gənclərin qarşısında duran vəzifələrdən danışılıb. Sənan Hüseynov baş redaktoru olduğu “Ədəbi Aləm” jurnalı və müəllifi olduğu Ulu Öndərə həsr etdiyi “Gəncliyə örnək olan həyat” kitabını AMEA AHİ-yə hədiyyə edib.
Sonda xatirə şəkli çəkdiriblər.

1545120462.jpg)



