Aprelin 26-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyasında AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov iştirak edib. Tədbirə YAP Yasamal rayon təşkilatı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin nümayəndələri qatılıb. Aksiya zamanı Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə baş tutan aksiyada ümumilikdə 500 ədəd şam və zeytun ağacı əkilib, ağaclara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.





1545120462.jpg)



