Xəbərlər
02.05.2025 - 16:00
AMEA-DA ULU ÖNDӘR HEYDӘR ӘLİYEVİN ANADAN OLMASININ 102-Cİ İL DÖNÜMÜƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB.

   Mayın 2-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda YAP Yasamal rayon Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının  təşkilatçılığı ilə Ulu Öndәr Heydәr Әliyevin anadan olmasının 102-ci il dönümüə həsr olunmuş tədbir keçirilib.

   Tədbiri Fəlsəfə və Sosiologiya İnstitutu üzrə YAP ərazi partiya təşkilatının sədri, f.ü.f.d., dosent Şölət Zeynalov açıq elan edərək Ulu Öndərin xatirəsinin İnstitutumuzda  dərin ehtiramla qeyd olunduğunu xatırlamış və  sözü AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadəyə verib.

    Professor İlham Məmmədzadə çıxışında müasir Azərbaycanın dövlət quruculuğunun, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxasının Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu,  dahi Liderin dövlətçiliyimiz qarşısında tarixi xidmətlərinin hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdən başladığını, yenidən hakimiyyətə qayıtdıqdan sonra isə dövlət müstəqilliyimizin xilaskarına çevrildiyini real faktlarla əsaslandırmışdır. 

   Fəlsəfə və Sosiologiya İnstitutu İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov Prezident İlham Əliyevin siyasi  liderlik təcrübəsinın elmi-fəlsəfi mahiyyətindən, Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri,  siyasi elmlər   doktoru, dosent  Ramilə Dadaşova  Ulu Öndərin Qafqazda sülh və təhlükəsizlik məsələlərinin həllində əvəzsiz rolundan, Fəlsəfə və Sosiologiya İnstitutu YAP ərazi partiya təşkilatının sədri, fəlsəfə doktoru, dosent Şölət Zeynalov Prezident İlham Əliyevin  xarici siyasətində dialoq ideyalarının elmi-nəzəri və praktiki əsaslarından, AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Heydər Əliyev irsinin İnstitutumuzda daima geniş tədqiqat obyektinə çevrildiyindən, bu irsin ümumbəşəri miqyasından söz açmışdır. 

    Sonda siyasi elmlər doktoru Adil Mirabdullayev, f.ü.f.d, Məhəmməd Cəbrayılov, f.ü.f.d, Əli İbrahimov və digərləri Ulu Öndərin məfkurəsinin, onun dövlətçilik fəlsəfəsinin daima yaşayacağını qeyd etmişlər. Tədbirin sonunda iştirakçılar  Cənab Prezidentin ətrafında bundan sonra da sıx birləşəcəklərini bəyan etmişlər.