Xəbərlər
20.09.2016 - 16:00
AMEA I Spartakiadasının ikinci günündə kişilər arasında stolüstü tennis yarışları keçirilib.

AMEA I Spartakiadasının ikinci günündə kişilər arasında stolüstü tennis yarışları keçirilib. Yarışlarda Fizika, Geologiya və Geofizika, Torpaqşünaslıq və Aqrokimya, İnformasiya Texnologiyaları, Neft-Kimya Proseslər və Şərqşünaslıq institutlarının təmsilçiləri qarşılaşıblar. A, B, C və D qrupları arasında keçirilən oyunların nəticələrinə əsasən, Sənan Paşayev (Fizika İnstitutu), Qurban Qurbanov (İnformasiya Texnologiyaları İnstitutu), Tural Mustafayev (İnformasiya Texnologiyaları İnstitutu) və Fizuli Bayramov (Fizika İnstitutu) növbəti mərhələyə vəsiqə qazanıblar. Hakimlərin qərarına əsasən, sentyabrın 21-i saat 12:00-da qruplar üzrə qaliblər arasında final oyunları keçiriləcək və mükafatçılar müəyyənləşəcək. 
Sentyabrın 22-si saat 12:00-da qadınlar arasında stolüstü tennis yarışlarının final oyunları keçiriləcək