Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin siyasi kursu: dövlətçiliyin və sabitliyin təməl prinsipləri” mövzusunda konfrans keçirilib. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və YAP Yasamal rayon “H.Cavid pr.115” ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutan konfransda YAP Yasamal və Şamaxı rayon təşkilatlarının rəhbərləri, Şamaxı Astrofizika Rəsədxanasının və AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov iştirak edib. Tədbirdə Sənan Həsənov məruzə ilə çıxış edib. S. Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqil və güclü dövlətə çevrilməsində müstəsna roluna dair elmi təhlillər aparıb. Ulu Öndərin siyasi kursunun əsasını milli təhlükəsizlik, sosial ədalət, ictimai sabitlik və milli birlik prinsipləri təşkil edib. Azərbaycanı nicat yoluna aparan uğurlu siyasət təşkil etdiyini diqqətə çatdırıb. Sənan Həsənov bildirib ki “Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən Konstitusiya müasir hüquqi dövlətin əsasını qoydu. O, idarəetmədə səmərəlilik, məsuliyyət və şəffaflığı ön plana çəkərək dövlət strukturlarının formalaşmasına nail oldu. Onun siyasi kursu bu gün də ölkəmizin inkişafına xidmət edir və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.” Konfransda digər çıxış edənlər də Ümummilli Liderin dövlətçiliyin möhkəmləndirilməsindəki əvəzsiz xidmətlərini, sabitlik və inkişaf naminə atdığı strateji addımları geniş şəkildə şərh ediblər. Sonda iştirakçılara Fəxri Fərmanlar təqdim olunub və xatirə şəkli çəkdirilib.








1747118149.jpg)


1545120462.jpg)



