Xəbərlər
15.05.2025 - 15:14
AMEA-NIN NADİR AĞACLAR PARKI MÜXTƏLİF GÜL NÖVLƏRİ İLƏ ZƏNGİNLƏŞDİRİLİB

AMEA-nın şəhərciyində yerləşən Nadir ağaclar parkında yaşıllıq zonasının nadir ağac və gül növləri ilə genişləndirilməsi və zənginləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, bu gün də AMEA-nın Əsas binasının ərazisində yaz mövsümü ilə əlaqədar aparılan təmizlik, abadlaşdırma və yaşıllaşdırma günləri çərçivəsində müxtəlif növ gül kolları əkilib.

Yaşıllaşdırma işlərində AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, gənc alim və elmi əməkdaşlar iştirak edib, əkilmiş gül növlərinə texniki qulluq göstəriblər.