Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov ARB kanalında yayımlanan "Gündəm" verilişinin qonağı olub. Verilişdə Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair aparılan danışıqların hazırkı vəziyyəti Tehranda keçirilən Dialoq Forumunun regionda sülhün bərqərar olunmasına verəcəyi töhfələrin istiqamətlərini təhlil edib. Sənan Həsənov bildirib ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin İran üçün də xüsusi əhəmiyyəti var. İran bu prosesdə vasitəçi rolunu oynayaraq tərəflər arasında dialoqun qurulmasında maraqlı tərəf kimi çıxış etməsi təqdirəlayiqdir. Çünki Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları yalnız regional deyil, həm də geosiyasi kontekstdə gələcək inkişafın mühüm faktorudur. İranın belə təşəbbüsləri regionda sabitliyi və əməkdaşlığa yeni üfüqlər aça bilər. Ətraflı : https://youtube.com/live/n9sEFhdu_LQ?si=RIPanJCgigeTY2Xb


1545120462.jpg)



