Görüşdə AMEA AHİ-nin sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov, Rəyasət Heyətinin üzvləri və əməkdaşlar iştirak edib. Əvvəlcə qonaqlar AMEA Mərkəzi Elmi Kitabxanasında yaradılmış Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar. Görüş zamanı şəhid ailələri və qazilərin sosial müdafiəsi, onların hüquqlarının qorunması, eləcə də maarifləndirici və mədəni layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb. Sənan Həsənov Azərbaycan xalqının Türkiyə ilə olan sarsılmaz dostluq münasibətlərini yüksək qiymətləndirib və bu kimi əməkdaşlıqların həm elmi, həm də Həmkarlar İttifaqları sahəsində yeni imkanlar yaradacağına töhfə verdən addım olduğunu bildirib. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Vətən Müharibəsində iştirak edən şəhid və qaziləri haqqında qonağa məlumat verilib və onların döyüş yolundan söhbət açılıb. AHİK-in son vaxtlar bu istiqamətdə səmərəli fəaliyyətini və aparılan islahatlarda əldə olunmuş nailiyyətləri diqqətə çatdırılıb. Qardaş ölkənin nümayəndələri görüşdən məmnun qaldıqlarını bildirmiş, şəhid və qazilərin əziz xatirələrinin əbədiləşdirilməsini əks etdirən hədiyyələr təqdim etmişdir. Qonaq həmçinin Türkiyədə Vətən uğrunda döyüşən şəhid və qazilər ilə bağlı sosial layihələrin icrasına dair məlumatlar vermişdir. Belə görüşlərin davamlı şəkildə keçirilməsi qərara alınmışdır.




1545120462.jpg)



