Xəbərlər
04.06.2025 - 17:29
QURBAN BAYRAMI İLƏ BAĞLI AMEA-NIN GƏNCƏ BÖLMƏSİNİN ƏMƏKDAŞLARINA SOVQAT PAYLANIB
Hər il bayramlarla əlaqədar əlamətdar tarixlər ərəfəsində olduğu kimi, qarşıdan gələn Qurban Bayramı münasibətilə AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatı tərəfindən ənənəvi olaraq, əməkdaşların ailələri üçün sovqat tədarükü görülüb və paylanıb. Sovqat payı bayram süfrəsi üçün ən zəruri ərzaqlar – kərə yağı, düyü, çay, qənd və qarabaşaqdan ibarət olaraq hazırlanıb. Hədiyyə bayram günləri ərəfəsində, 2025-ci ilin iyun ayının 3-də Bölmənin ümumən 90 nəfər əməkdaşına təqdim edilib. Qeyd edək ki, əməkdaşlara bayram sovqatlarının verilməsi AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatının qərarı əsasında həyata keçirilib.





















1545120462.jpg)



