Xəbərlər
05.06.2025 - 15:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQI XALQIMIZI MÜQƏDDƏS QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK EDİR.
Əziz həmkarlar, dəyərli həmvətənlər! Bu mübarək bayramın xalqımıza ruzi-bərəkət, ailələrə sülh və sevinc, qəlblərə iman və ümid bəxş etməsini diləyirik. Qurban bayramı paylaşmaq, birliyi və həmrəyliyi dəyərləndirmək amalına xidmət edir. Gəlin bu gözəl gündə ehtiyacı olanları da unutmayaq, mərhəmət və şəfqətlə ətrafımızdakılara dəstək olaq. Uca Allahdan xalqımıza daim əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulayır, hər birinizi müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik! Bayramınız mübarək olsun! Hörmətlə, AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov

1545120462.jpg)



