Xəbərlər
17.06.2025 - 10:51
ƏMƏKDAŞIMIZ “ƏMƏK VƏ SOSİAL SAHƏDƏ MENECMENT” MÖVZUSUNDA İXTİSASARTIRMA TƏLİMİNDƏ İŞTİRAK EDİB

AMEA Mərkəzi Elmi Kitabxananın Həmkarlar Təşkilatının sədri Günel Rəhimova Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqları kadr və fəalların ixtisasartırma və yenidən hazırlanması şöbəsinin 10-13 iyun tarixlərində təşkil etdiyi beşgünlük ixtisasartırma təlimində iştirak edib. G.Rəhimova “Əmək və sosial sahədə menecment” mövzusunda keçirilən təlim proqramını başa vuraraq sertifikatla təltif olunub.