Xəbərlər
18.06.2025 - 15:26
SƏNAN HƏSƏNOV TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI İLƏ BAĞLI TƏDBİRDƏ İŞTİRAK EDİB
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və tibb müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov da iştirak edib. Konstitusiya və Suverenlik ili çərçivəsində keçirilən tədbirdə Sənan Həsənov Azərbaycan səhiyyəsinin inkişafına verilən yüksək diqqət və tibb işçilərinin fədakar əməyinin önəmi ilə bağlı fikirlərini bölüşüb.



1545120462.jpg)



