2025-ci ilin aprel ayında, Arxeologiya və Etnoqrafiya Həmkarlar Təşkilatının təşkilatçılığı ilə əməkdaşlar üçün Qobustan, Şamaxı və İsmayıllı rayonlarını əhatə edən bir günlük maarifləndirici və istirahətyönlü gəzinti təşkil olunub. Gəzintidə 46 nəfər iştirak edib. Səfərin məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, tarixi-mədəni irsimizlə tanışlıq və kollektiv həmrəyliyinin gücləndirilməsi olmuşdur. İlk dayanacaq Qobustan Milli Tarixi-Bədii Qoruğu olub. Burada iştirakçılar minilliklərə şahidlik edən qayaüstü rəsmlərlə tanış olmuş, ətraflı arxeoloji məlumatlar əldə etmişlər. Sonra qrup Şamaxı rayonuna yollanaraq ölkəmizin qədim şəhərlərindən birində yerləşən Cümə məscidi, Diri Baba türbəsi və digər tarixi abidələri ziyarət etmişdir. Aprel ayının yaz təravəti ilə seçilən səfər İsmayıllı rayonunda davam etmiş, iştirakçılar bölgənin füsunkar təbiətində dincəlmək və kollektiv ortamda əylənmək imkanı qazanmışlar. Gəzinti zamanı iştirakçılara milli mətbəximizin nümunələri təqdim olunmuş, açıq havada dostluq və tanışlıq mühiti yaradılmışdır. Arxeologiya və Etnoqrafiya Həmkarlar Təşkilatı əməkdaşların sosial-mədəni inkişafı və kollektiv ruhunun gücləndirilməsi istiqamətində bu tip tədbirləri gələcəkdə də davam etdirməyi qarşıya məqsəd qoyur.










1545120462.jpg)



