Xəbərlər
21.06.2025 - 15:00
AMEA AZAD HƏMKARLAR İTTİFQININ SƏDRİ, S.E.Ü.F.D., DOSENT SƏNAN HƏSƏNOV ARB24 KANALININ “GÜNDƏM” VERİLİŞİNİN QONAĞI OLUB

 

   Verilişdə hazırda dünyada baş verən siyasi proseslər fonunda  İran-İsrail müharibəsi və onun regiona təsiri məsələləri müzakirə edilib.

   Sənan Həsənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqdə sülhün  bərqərar olmasına dair mövqeyinin əhəmiyyətini qeyd edib. Həmçinin Azərbaycanın regiondakı proseslərdə ədalətli mövqeyinin müxtəlif tərəflərinə diqqət çəkib. Qonşu Rusiyanın və dünyanın böyük dövlətlərinin sülhün bərqərar olmasına dair səylərinin artırılmasının vacibliyinə toxunub. Lakin bəzi xarici ölkələrin öz maraqları səbəbindən müharibələrin daha da alovlanmasının təəssüf hissi doğurduğunu qeyd edib.

   Sənan Həsənov həmçinin ABŞ prezidenti Donald Trampın “İsrail İranın nüvə obyektini təkbaşına məhv edə bilməz” kimi fikirlərinə münasibət bildirərək müharibənin daha da intensivləşdiyi halda heç bir tərəfə müsbət nəticə verə bilməyəciyini diqqətə çatdırıb. Burada diplomatiyanın və danışıqların mühüm rola malik olmasını önə çəkib.