Xəbərlər
02.07.2025 - 10:00
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQI KONFEDERASİYASININ SƏDRİ CƏNAB SAHİB MƏMMƏDOV, AMEA AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ S.E.Ü.F.D., DOSENT SƏNAN HƏSƏNOVA DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏBRİK MƏKTUBU ÜNVANLAYIB.

AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti, Məclis üzvləri və çoxminli kollektivi adından Cənab Sahib Məmmədova minnətdarlığımızı bildirir, dövlətçiliyimiz naminə yorulmaz fəaliyyətində uğurlar arzulayırıq. Azərbaycan Milli Elmlər Akademiyasına, bütövlükdə elm adamlarına Həmkarlar Konfederasiyası tərəfindən göstərilən diqqət həm də Cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu strategiyanın mühüm istiqamətinə sədaqətin nümunəsidir. Əminliklə bildiririk ki, Həmkarlar Konfederasiyası tərəfindən həyata keçirilən islahatlarda AMEA bundan sonra da öz töhfəsini verəcək, həmrəyliyimiz naminə birgə addımlarla dövlətimizin yanında olacaqlar.