Xəbərlər
06.07.2025 - 11:00
RSXM ƏMƏKDAŞLARI ÜÇÜN HƏMKARLAR TƏŞKİLATININ TƏŞKİLATÇILIĞI İLƏ QUBA-QUSAR RAYONLARINA GƏZİNTİ TƏŞKİL OLUNMUŞDUR

5-6 iyul tarixində RSXM əməkdaşları üçün Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Quba-Qusar rayonlarına gəzinti təşkil olunmuşdur. Gəzinti zamanı əməkdaşlar Qusar rayonunda yerləşən “Qayi Bulaq” istirahət mərkəzində 1 gün gecələməklə Quba rayonu ərazisində yerləşən “Venesiya gölü”nə, Nabranda dəniz sahilində dincəlməklə asudə vaxtlarını səmərəli istifadə etmişlər. Əməkdaşlar gəzintinin təşkilinə görə rəhbərliyə və HT-a öz minnətdarlıqlarını bildirmişlər.