Xəbərlər
05.06.2025 - 15:58
KONFEDERASİYADA ÜZV TƏŞKİLATLARIN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında üzv təşkilatların rəhbərləri ilə görüş keçirilib. Görüşdə ittifaq üzvlərinin əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması istiqamətində görülən işlər, eləcə də üzvlərin sağlamlığının bərpası və istirahəti üçün sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsinin gedişi məsələləri müzakirə olunub. Görüşdə həmçinin görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, səmərəliliyin daha da artırılması üçün tədbirlər müəyyənləşdirilib.

1545120462.jpg)



