Xəbərlər
21.07.2025 - 16:38
KONFEDERASİYADA POLŞA HƏMKARLAR İTTİFAQLARI NÜMAYƏNDƏLƏRİ İLƏ ONLAYN GÖRÜŞ KEÇİRİLİB

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Polşa Həmkarlar İttifaqları nümayəndələri arasında onlayn görüş keçirilib.

Əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolunun artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə tərəflər həmkarlar ittifaqlarının idarəetmə modelləri, üzvlərə göstərilən sosial və hüquqi xidmətlər barədə fikir mübadiləsi aparıblar.

Gələcəkdə də bu cür görüşlərin təşkili və əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olunub.