Xəbərlər
28.06.2022 - 11:00
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI İSMAYILLI RAYONUNA SƏFƏR EDİBLƏR
AMEA Riyaziyyat və Mexanika İnstitutu Həmkarlar İttifaqının təşkilatçılığı ilə, 26 iyun 2022-ci il tarixində institutun bir qrup əməkdaşı İsmayıllı rayonuna səfər ediblər. Səfər zamanı institutun əməkdaşları üçün turlar təşkil olunub. Tur zamanı regionun Lahıc və İvanovka kəndlərinin adət-ənənələri ilə tanış olublar, bölgənin görməli yerləri və tarixi abidələri haqqında ətraflı məlumat əldə ediblər. Təşkil olnunmuş turda əməkdaşlar üçün müxtəlif əyləncəli oyunlar keçirilmişdir. Tur başa çatdıqdan sonra əməkdaşlar üçün İsmayıllı rayonun istirahət parkında yerləşən kafedə çay və nahar süfrəsi təşkil edildi.