Xəbərlər
10.02.2020 - 13:53
FİZİKA İNSTİTUTUNDA KORONA VİRUSLA BAĞLI QABAQLAYICI TƏDBİRLƏRİN

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Həmkarlar Komitəsi (HK), Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə iclas keçirilib. İclasda məqsəd korona virusu ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi olub. Tədbiri giriş sözü ilə HK-nın sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova açıb. O bildirib ki, Çində epidemiya halı almış korona virusu ilə əlaqədar AMEA Azad Həmkarlar İttifaqı vətəndaşların maariflənməsi istiqamətdə tədbirlərin görülməsi haqqında qərar qəbul edib. Bu məqsədlə Yasamal rayonu Gigiyena və Epidimologiya Mərkəzinin Əmək Gigiyenası və Ətraf Mühitin Mühafizəsi Bölməsinin müdiri, həkim Sevinc Ağalarova Fizika İnstitutuna dəvət olunub. O, korona virusunun ilk simptomları, qabaqlayıcı tədbirlər haqqında məlumat verib. S.Ağalarova qeyd edib ki, virus 2019-cu ilin dekabr ayından Çinin Yuhan şəhərində yaranıb. 2020-ci ilin yanvar ayından etibarən isə geniş vüsət almağa başlayıb. Korona virusun hava damcı­, hava toz və təmas yolları ilə yayıldığını vurğulayıb. O, virusun hava şəraitində 1-2 saat aralığında qaldığını bildirib. S.Ağalarova virusun əlamətlərindən, proflatik tədbirlərdən, şəxsi gigiyena qaydalarından və s.bəhs edib.

Tədbirin sonunda iştirakçılara proflatik tədbirlər haqqında məlumat paylanılıb.