Xəbərlər
05.11.2020 - 15:17
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ TƏŞƏBBÜSÜ İLƏ DENDROLOGİYA İNSTİTUTUNUN HƏMKARLAR KOMİTƏSİ CƏBHƏDƏ XİDMƏTDƏ OLAN ƏSGƏR AİLƏLƏRİNƏ ƏRZAQ YARDIMI EDİB

Humanitar təşəbbüs çərçivəsində AMEA-nın Azad Həmkarlar İttifaqı və Dendrologiya İnstitutunun Həmkarlar Komitəsinin dəstəyi ilə rəşadətli ordumuzun sıralarında cəbhədə xidmət edən əsgərlərimizin ailələrinə və institutun aztəminatlı  əməkdaşlarına ərzaq yardımı paylanılıb.

Keçirilən tədbir zamanı AMEA-nın müxbir üzvü, Dendrologioya  İnstitutunun direktoru Tofiq Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlarımızın şanlı ordumuz tərəfindən işğaldan azad ediləcəyini, Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağını vurğuladı. Arxa cəbhədə olan hər bir vətəndaş Vətənə xidmət borcunu layiqincə həyata keçirməli olduğunu bildirərək, Vətən müharibəsində xilaskar ordumuzun tərkibində torpaqlarımızın işğaldan azad olunması uğrunda cəbhədə xidmət edən əsgər valideynlərinə 100 manat mükafat və   AMEA-nın Azad Həmkarlar İttifaqı və Dendrologiya İnstitutunun Həmkarlar Komitəsinin sədri, “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Tünzalə Zeyvəliyevanın dəstəyi ilə sosial vəziyyəti ağır olan əməkdaşlara ərzaq bağlamasını təqdim etdi.

İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva Azərbaycan xalqının tarixi anların şahidi olduğunu, şanlı ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılarından, tezliklə, tamamilə azad edəcəyini vurğulayaraq,  milli həmrəyliyin güclənməsinin təzahürü kimi  əsgər valideyinlərinə və aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərdə AMEA Dendrologiya İnstitutunun hər zaman hazır olduğunu diqqətə çatdırdı.

 

Bir yumruq kimi vahid bayraq altında birləşən Xalq heç vaxt parçalanmaz.

 

Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!