Xəbərlər
27.12.2022 - 14:09
FİZİKA İNSTİTUTUNDA HƏMKARLAR TƏŞKİLATININ (HT) DƏSTƏYİ İLƏ İNSTİTUTUN ƏMƏKDAŞLARI İLƏ DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİK GÜNÜ VƏ YENI İL MÜNASIBƏTİ İLƏ BAYRAM TƏDBİRİ KEÇİRİLİB.

Fizika İnstitutunda Həmkarlar Təşkilatının (HT) dəstəyi ilə İnstitutun əməkdaşları ilə Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib. İclası giriş sözü ilə Fizika İnstitutunun HT sədri fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova açıb. Sədr əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edib, onlara 2023-cü ilin uğurlu-xeyrli olmasını, əzizləri ilə birlikdə uzun ömür, can sağlığı, xoş günlər diləyıb. Sonra bildirmişdirki, hər il olduğu kimi bu ildə sosial vəziyyəti ağır olan əməkdaşlara və texniki işçilərə bayram sovqatı kartı təqdim olunacaqdır. Eyni zamanda 150 nəfər əməkdaşın övladlarına Yeni il şənliyinə biletləri paylanıb. Həmçinin əməkdaşlara “Bazarstore” mağazalar şəbəkəsindən hədiyyə kartları təqdim edilib.