Xəbərlər
27.04.2023 - 15:05
AMEA-DA SPARTAKİADA DAVAM EDİR

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Spartakiadanın oyunları çərçivəsində ARETN Fizika İnstitutunda şahmat turnirinin açılış mərasimi keçirilib. Tədbirdə AMEA AHİ-nin Rəyasət Heyətinin üzvü, aparat rəhbəri Şəhla Əmirova, Azərbaycan Respublikası Şahmat Federasiyasının icraçı direktoru, beynəlxalq dərəcəli hakim Namiq İsmayılov, AMEA AHİ Rəyasət Heyətinin üzvü, İnstitutun HK-nın sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova iştirak edib. İclası giriş sözü ilə Sitarə Bağırova açaraq Ulu Öndər, tarixi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr olunmuş muzeyin ilk qonaqlarının Spartakiadanın şahmat yarışının iştirakçılarının olduğunu qeyd edib. O, yarış iştirakçılarına uğurlar arzu edib. S.Bağırova bildirib ki, şahmat yarışlarını beynəlxalq dərəcəli hakim Namiq İsmayılov idarə edəcək. Vurğulayıb ki, yarışlarda 12 nəfər kişi, 6 nəfər qadın iştirak edir.
Daha sonra N.İsmayilov çıxış edib. O, oyunun qaydaları haqqında iştirakçılara məlumat verib. Bildirib ki, yarışlar obyektiv keçiriləcək.
Açılış mərasimi Şəhla Əmirovanın çıxışı ilə davam edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanin 100 illiyi ilə əlaqədar respublikada yüksək səviyyəli tədbirlər keçirilir. Ş.Əmirova hər bir iştirakçıya yarışda uğurlar arzu edib. Bildirib ki, güclü olan qalib gəlsin.
Sonda yarış iştirakçıları arasımda N.İsmayılovun rəhbərliyi ilə püşkatma mərasimi keçirilib, iki qrup yaradılıb. Hər qrupda 6 iştirakçı təmsil olunub.