Xəbərlər
02.05.2023 - 18:00
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ STOLÜSTÜ TENNİS TURNİRİ KEÇİRİLİB

Fizika İnstitutunda stolüstü tennis yarışlarının açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Arif Həşimov, AMEA AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, AMEA AHİ-nin Rəyasət Heyətinin üzvü, İnstitutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və Azərbaycan Stolüstü Federasiyasının beynəlxalq dərəcəli hakimləri, Xəyalə Qiyasova, İsmayıl Mirzəyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə akademik Arif Həşimov açıb. İlk olaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev həmişə idmana xüsusi diqqət və qayğı göstərib. Vurğulayıb ki, idmançıların cəmiyyətdə rolunun artması, özlərinə layiqli yer tutması üçün bir sıra tədbirlər həyata keçirib. A.Həşimov bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiadanın keçirilməsinin adi yarışlardan olmadığını bildirib. Spartakiadanın tarixdə izi qoyacaq tədbirlərdən olduğunu vurğulayıb. Vurğulayıb ki, sevindirici haldır ki, yarışları beynəlxalq dərəcəli hakimlər idarə edir. O, Fizika İnstitutunun əməkdaşları adından iştirakçılara uğurlar arzu edib.

Daha sonra H.Qurbnov çıxış edib. O AMEA AHİ adından bütün iştirakçıları salamlayıb. Bildirib ki, Spartakiada yarışları şahmat, stolüstü tennis və mini futbol növləri üzrə təşkil olunub. Bütün iştirakçılara uğurlar arzu edib.

Tədbirin davamında kişilər arasında stolüstü tennis yarışlarına start verilib. Hakimlər ilk olaraq oyunun haqqında iştirakçılara məlumat verib. Oyunlarda ARETN Fizika, GGİ, NKPİ, TAİ və ŞAR institutlarının əməkdaşları arasında keçirilib. 12 nəfər iştirakçı 4 qrup üzrə (A,B,C və D) üzrə qruplaşdırılıb. Qruplar arasında birinci yerə tutan şəxslər arasında dairəvi oyunlar keçirilib. Oyunun nəticələri əsasən, aşağıda adları qeyd edilən institutların əməkdaşları qalib olublar.

I yer

Veysəl Məmmədov (GGİİ)

II yer

Kamran Xalıqzadə (NKPİ)

III yer

Nazim Hüseynov ( TAİ)