Xəbərlər
15.05.2023 - 10:00
AMEA MEMARLIQ VƏ İNCƏSƏNƏT İNSTİTUTUNUN ƏMƏKDAŞLARI GƏZİNTİDƏ OLUBLAR

AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Həmkarlar Təşkilatının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyevanın təşkilatçılığı ilə institutun 18 nəfər əməkdaşı üçün Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşən Quba rayonunda 1 günlük istirahətdə olmuşlar. Səfər çərçivəsində əməkdaşlar H.Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksində olmuş, kompleksin muzeyindəki eksponatlarla tanış olmuşlar. Daha sonra Qəçrəş kəndində, Qudyalçay sahilində, Çənlibel gölündə, Çinar ailəvi istirahət mərkəzində gəzintidə olmuş, xatirə şəkilləri çəkdirmişlər. Səyahət Mİİ əməkdaşlarının yaddaşında xoş xatirələr buraxmış, alimlər Həmkarlar Təşkilatına təşəkkürlərini bildirmişlər.