Xəbərlər
08.05.2024 - 16:00
AƏSMA-DA “YAŞIL DÜNYA: SOSİAL-İQTİSADİ TRANSFORMASİYA” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR.

7 may 2024-cü ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Karamanoğlu Mehmetbey Universiteti, Özbəkistan Dövlət Universiteti, Özbəkistan İqtisadiyyat və Pedaqoji  Universiteti və Belarus Dövlət Universiteti ilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Yaşıl dünya: sosial-iqtisadi transformasiya” mövzusunda hibrid formatda Beynəlxalq elmi konfrans keçirilmişdir. 

Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra konfrans iştirakçıları Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Ümummili liderin həyat və ictimai-siyasi faəliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov tədbiri açıq elan edərək yaşıl iqtisadiyyatın insanların torpaq ehtiyatlarından məsuliyyətlə, səmərəli istifadəsini və ətraf mühitin çirklənməsinin qarşısını almağa yönəlmiş yeni inkişaf modeli olduğunu, eyni zamanda da Dünya əhalisinin rifahının yüksəldilməsi və təbii sərvətlərdən səmərəli istifadə ilə gələcək nəslə ötürülməsi arasında ən kompramis variantın seçilməsinə hədəfləndiyi haqqında ətraflı məlumat vermişdir. Plenar iclasda isə Kahramanoğlu Mehmetbey Universitetinin rektoru, professor Dk.Mehmet Gavgalı, Özbəkistan Elmlər Akademiyasının Regional bölməsinin Vitse prezidenti, professor İkrom Abdullayev maraqlı məruzələrlə çıxış etmişlər.

Konfransda AMEA Azad Həmkarlar İttifaqının sədri, siy.e.ü.f.d., dosent Sənan Həsənov “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və müasirlik” mövzusunda məruzə etmişdir.

Ümumilikdə konfransa 7 dövləti təmsil edən 26 təşkilatdan 75 iştirakçının qatılmışdır. Sonra konfrans ayrı-ayrı panellərdə davam etdirilmişdir. Konfransın sonunda xatirə şəkilləri çəkilmiş, iştirakçılara sertifikatlar təqdim olunmuşdur.