Xəbərlər
21.06.2024 - 12:00
AMEA MEMARLIQ VƏ İNCƏSƏNƏT İNSTİTUTUNUN ƏMƏKDAŞLARI GƏZİNTİDƏ

AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Həmkarlar Təşkilatının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyevanın təşkilatçılığı ilə institutun əməkdaşları üçün Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşən Xızı və Quba rayonunda 1 günlük istirahətdə olmuşlar. Səfər çərçivəsində əməkdaşlar rəngarəng dağlarda gəzmiş, Qəçrəş kəndində və Çinar ailəvi istirahət mərkəzində gəzintidə olmuş, xatirə şəkilləri çəkdirmişlər. Səyahət Mİİ əməkdaşlarının yaddaşında xoş xatirələr buraxmış, alimlər Həmkarlar Təşkilatına təşəkkürlərini bildirmişlər.