Xəbərlər
19.05.2023 - 13:26
AMEA-NIN AZAD HƏMKARLAR İTTİFAQINININ (AHİ) RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB.

İclası AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.

Bildirib ki, AMEA-nın bir sıra elmi müəssisələrinin həmkarlar təşkilatlarının sədrləri səmərəli fəaliyyətlərinə görə "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik Yubiley döş nişanı" ilə təltif olunublar.

Daha sonra Fizika İnstitutunun Həmkarlar Təşkilatının sədri Sitarə Bağırova, Tarix İnstitutunun Həmkarlar Təşkilatının sədri Hacı Həsənov, Folklor İnstitutunun Həmkarlar Təşkilatının sədri Tahir Orucov, AMEA Mərkəzi Elmi Kitabxananın Həmkarlar Təşkilatının sədri Həsənova Nazilə, AHİ-nin aparat rəhbəri və AHİ-nin Baş mühasibi döş nişanları təqdim edilib.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.